Operativ Məlumat Mərkəzi

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib - 15.01.2025

2 dəq
Paylaş:
DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib - 15.01.2025

Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsi (BDYPİ) əlverişsiz ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda və yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol- hadisələrinin baş vermə riskini artırır:

"Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır".

Məlumatda qeyd olunub ki, BDYPİ sürücülərə müraciət edərək onları dumanlı, yağışlı havalarda sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı qaydalarına ciddi əməl etməyə çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax