Əsas məzmuna keç

Dünyanın ən böyük 5 göydələni

Dünyanın ən böyük 5 göydələni

Şübhəsizdir ki, şəhərlərin gözəl görünməsində əsas faktorlardan biri də onun göydələnləridir. Bəs dünyanın ən böyük göydələnləri hansılardır?  "Operativ...

Şübhəsizdir ki, şəhərlərin gözəl görünməsində əsas faktorlardan biri də onun göydələnləridir. Bəs dünyanın ən böyük göydələnləri hansılardır?

"Operativ Məlumat Mərkəzi-OMM" dünyanın 5 ən böyük göydələninin siyahısını təqdim edir.

1. “Bürc Xəlifə” – Dünyanın ən hündür binası sayılan bu tikili Dubayda yerləşir. 2010-cu ildə istifadəyə göydələnin mərtəbə sayı 163, hündürlüyü isə 828 metrdir.

2. “Əbrəc Əlbeyt” – İkinci yeri Məkkə şəhərində 601 metr hündürlüyü olan bina tutur. 95 mərtəbəli göydələnin tikintisi 2012-ci ildə başa çatmışdır. Dünyanın ən hündür oteli, tikinti həcminə görə ən böyük binası və ən hündür saatı kimi tanınır.

3. “Taybey 101” – Tayvanın paytaxı Taipeidə tikilən göydələnin hündürlüyü 508 metrdir. 101 mərtəbəlidir və 2004-cü ildən dünyanın ən hündür ofis binası kimi tanınır.

4. “ Mərkəzi” – Çinin Şanxay şəhərində yerləşən alış-veriş mərkəzin hündürlüyü 492 metrdir. 2008-ci ildə istifadəyə verilən bina 101 mərtəbədən ibarətdir.

5. “Beynəlxalq Ticarət Mərkəzi” – Çinin Honkonq şəhərində yerləşən binanın inşası 2010-cu ildə başa çatıb. Göydələn ticarət mərkəzi kimi istifadə olunur. Hündürlüyü 484 metr olmasına baxmayaraq mərtəbələrinin sayı 108-dir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…