Dünyanın ən böyük 5 göydələni

Dünyanın ən böyük 5 göydələni
14.03.2023 13:15
Aa
dəq

Şübhəsizdir ki, şəhərlərin gözəl görünməsində əsas faktorlardan biri də onun göydələnləridir. Bəs dünyanın ən böyük göydələnləri hansılardır? 

"Operativ Məlumat Mərkəzi-OMM" dünyanın 5 ən böyük göydələninin siyahısını təqdim edir. 

1. “Bürc Xəlifə” – Dünyanın ən hündür binası sayılan bu tikili Dubayda yerləşir. 2010-cu ildə istifadəyə verilən göydələnin mərtəbə sayı 163, hündürlüyü isə 828 metrdir. 

2. “Əbrəc Əlbeyt” –  İkinci yeri Məkkə şəhərində yerləşən 601 metr hündürlüyü olan bina tutur. 95 mərtəbəli göydələnin tikintisi 2012-ci ildə başa çatmışdır. Dünyanın ən hündür oteli, tikinti həcminə görə ən böyük binası və ən hündür saatı kimi tanınır.

3. “Taybey 101” – Tayvanın paytaxı Taipeidə tikilən göydələnin hündürlüyü 508 metrdir. 101 mərtəbəlidir və 2004-cü ildən dünyanın ən hündür ofis binası kimi tanınır.

4. “Şanxay Beynəlxalq Ticarət Mərkəzi” – Çinin Şanxay şəhərində yerləşən alış-veriş mərkəzin hündürlüyü 492 metrdir. 2008-ci ildə istifadəyə verilən bina 101 mərtəbədən ibarətdir.

5. “Beynəlxalq Ticarət Mərkəzi” – Çinin Honkonq şəhərində yerləşən binanın inşası 2010-cu ildə başa çatıb. Göydələn ticarət mərkəzi kimi istifadə olunur.   Hündürlüyü 484 metr olmasına baxmayaraq mərtəbələrinin sayı 108-dir.

Həftənin ən çox oxunanları