Operativ Məlumat Mərkəzi

Dünya Bankı Türkiyə üçün 1,78 milyard dollar vəsait ayırıb

2 dəq
Paylaş:
Dünya Bankı Türkiyə üçün 1,78 milyard dollar vəsait ayırıb

dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardım və bərpa üçün 1,78 milyard ABŞ dolları ayırmağa qərar verib.

"Operativ Məlumat Mərkəzi - OMM "in xəbərinə görə, bu barədə maliyyə qurumunun məlumatında deyilir.

“Dünya Bankı bu gün Türkiyəyə ölkənin cənub-şərqində və onun ətrafında böyük insan tələfatı, xəsarət və geniş dağıntılara səbəb olan dağıdıcı zəlzələlər və artçı zəlzələlərdən sonra xilasetmə və bərpa işlərinə 1,78 milyard vəsait ayırdığını açıqlayır”, - Dünya Bankının açıqlamasında deyilir.

Dünya Bankı həmçinin fəlakət riskinin idarə edilməsində zəngin təcrübəsinə , fəlakətin miqyasını müəyyən etmək və bərpa dəstəyi üçün sahələrə vermək məqsədilə zərərin sürətli qiymətləndirilməsinə başlayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.

Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax