Operativ Məlumat Mərkəzi

DTX rəisi İrəvanı əsir götürülmüş vətəndaşlarla bağlı əməkdaşlığa dəvət edib

2 dəq
Paylaş:
DTX rəisi İrəvanı əsir götürülmüş vətəndaşlarla bağlı əməkdaşlığa dəvət edib

“Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar tərəfindən Azərbaycana təqdim ediləcək”.

Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə konfransda çıxışında, Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin general-polkovnik Əli Nağıyev deyib.

Əli Nağıyev qeyd edib ki, hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi: “Biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq. Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstruktiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmayıb. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax