Operativ Məlumat Mərkəzi

Dönərdən zəhərlənən məktəblilərin hamısı evə buraxılıb

1 dəq
Paylaş:
Dönərdən zəhərlənən məktəblilərin hamısı evə buraxılıb

24-25 oktyabr tarixlərində dönərdən zəhərlənmə səbəbilə Sabunçu Mərkəzinin nəzdindəki 5 Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olara TƏBİB-dən bildiriblər. Qeyd edilib ki, onların hər birinə zəruri xidmətlər göstərilib və 20 nəfər müalicə üçün evə buraxılıb. Bu gün müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından daxil olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax