Əsas məzmuna keç

Diplomatik xidmət orqanları rəhbərləri postmünaqişə dövrünün reallıqlarını müzakirə ediblər

Diplomatik xidmət orqanları rəhbərləri postmünaqişə dövrünün reallıqlarını müzakirə ediblər

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr olunan panel müzakirə keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

Bildirilib ki, panel müzakirədə nazirin müavinləri Araz Əzimov və Yalçın Rəfiyev əsas natiq qismində iştirak ediblər.

Panel çərçivəsində postmünaqişə dövrünün reallıqlarının Azərbaycan xarici siyasətində yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti və mövcud çağırışlar, regional və beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir edə biləcək məsələləri, çoxtərəfli platformalarda fəaliyyət çərçivəsinə mövcud çağırış və imkanlar təhlil edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…