Operativ Məlumat Mərkəzi

DİN: Yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir

2 dəq
Paylaş:
DİN: Yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir

Yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində Baş DYP İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, əlverişsiz hava şəraitində yollarda hərəkət edən vasitələrinin qış şəraitinə uyğunluğu Baş DYP İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılır.

Bu yoxlamalar, avtomobillərin qış şəraitində təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.

Texniki baxımdan təhlükəli hesab olunan avtomobillər hərəkətdən kənarlaşdırılır. Bu, yolda baş verə biləcək qəza risklərinin minimuma endirilməsinə xidmət edir.

Sürücülərdən xahiş edilir ki, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına olsunlar. Qış təkərlərinin, sisteminin, işıqlandırmanın və digər avadanlıqlarının vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlasınlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax