Əsas məzmuna keç

DİN alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı vətəndaşlara müraciət edib

DİN alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı vətəndaşlara müraciət edib. DİN-in Mətbuat Mərkəzindən "Operativ Məlumat...

Daxili İşlər Nazirliyi (DİN) alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı vətəndaşlara müraciət edib.

DİN-in Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan müraciətdə deyilir:

“Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən alqı-satqı saytlarında elan yerləşdirən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə və ya tətbiqlər vasitəsilə yazmaqla məhsulu alacağı vədini verərək guya pul köçürmək məqsədilə onların şəxsi bank məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Vətəndaşlarımızın nəzərinə bir daha ki, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməsinlər, kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, o cümlədən orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər”.had

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…