Əsas məzmuna keç

DİM 2764 namizəd üçün dövlət qulluğu vəzifələri üzrə imtahan keçirib

DİM 2764 namizəd üçün dövlət qulluğu vəzifələri üzrə imtahan keçirib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib. Bu...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahan vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 10 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün BA üzrə 506, BB qrupu üzrə 2258 olmaqla, ümumilikdə 2764 qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 10 ümumi rəhbəri, 28 imtahan rəhbəri, 239 nəzarətçi və 40 buraxılış rejimi əməkdaşı ayrılıb.

Aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…