Operativ Məlumat Mərkəzi

"Cratos Hall" restoranının rəhbərliyi cərimələnib

2 dəq
Paylaş:
"Cratos Hall" restoranının rəhbərliyi cərimələnib

Bakıda atmosferi rəhbərliyi cərimələnib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Dövlət Ekoloji Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib.

Qeyd olunub ki, ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən "Havanı kim çirkləndirir?" aksiyası çərçivəsində vətəndaşdan daxil olan əsasında Binəqədi rayonunda fəaliyyət göstərən "Cratos Hall" restoranından atmosferə tullantı atıldığı faktı təsdiqini tapıb.

Aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən obyektdə təmizləyici qurğulara xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib. Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Yaşar Qasımov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimələnib.

Restorandakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün Y.Qasımova məcburi göstəriş verilib”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax