Əsas məzmuna keç

Çində casusluqda ittiham olunan ABŞ vətəndaşı ömürlük həbs cəzasına məhkum edilib

Çində casusluqda ittiham olunan ABŞ vətəndaşı ömürlük həbs cəzasına məhkum edilib

Çinin Cjiang əyalətinin Sucou şəhərinin Aralıq Xalq Məhkəməsi 2021-ci ilin aprelində Milli Təhlükəsizlik Bürosu tərəfindən saxlanılan Con Şinq-van...

Çində Honq-Konq Xüsusi İnzibati Bölgəsində daimi yaşayan vətəndaşının casusluq ittihamı ilə cəzasına edildiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Cjiang əyalətinin Sucou şəhərinin Aralıq Xalq Məhkəməsi 2021-ci ilin aprelində Milli Bürosu tərəfindən saxlanılan Con Şinq-van Leunqla bağlı qərarını açıqlayıb.

Milli təhlükəsizlik səbəbiylə qapalı davam edən məhkəmə prosesinin sonunda 78 yaşında ABŞ vətəndaşı ömürlük həbsə və 500 min yuan (72 min dollar) məbləğində cəriməyə məhkum edilib.

Milli media xəbər verir ki, Leunq ABŞ və Çində yerli hökumətlərlə sıx əlaqələri olan iş adamıdır.

ABŞ-nin Pekindəki səfirliyi və Honq-Konq-Makao Baş Konsulluğu hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…