Operativ Məlumat Mərkəzi

Çin yeni nəsil peykini kosmosa göndərib

1 dəq
Paylaş:
Çin yeni nəsil peykini kosmosa göndərib

Çin kosmosa aydınlıqla rəng müşahidələri apara bilən yeni müşahidə peykini göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin mediası məlumat verib.

Xəbərlərdə peykin adı və orbital yeri ilə bağlı heç bir məlumat verilməsə də, məlumat bazalarından və peyk izləmə saytlarından əldə edilən məlumatlardan Günəş Sinxron Orbitində yerləşdirilən peykin " 3A" olduğu məlum olub.

Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanan Hayyang peykləri rəng, temperatur və maddə hallarını təhlil edərək açıq dənizlərdə, ada və liman sahillərində su mühitini müşahidə edə bilir.

Bildirilib ki, dünyada yüksək rəng həssaslığına malik ilk peyk olan “Hayang 3A” Çinin dəniz marşrutlarında balıq ehtiyatlarından istifadənin və dənizlərin çirklənməsinin monitorinqi üçün məsafədən zondlama xidmətləri göstərəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax