"İsrailin davam edən blokadası və intensiv hücumları səbəbindən Qəzza zolağı dünyanın ən böyük açıq hava həbsxanasından özünün ən böyük açıq qəbiristanlığına çevrilib".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki yunanıstanlı həmkarı Giorgos İerapetritis ilə görüşü zamanı qeyd edib.
Görüşdə Fələstin problemi ilə bağlı cari məsələlər, xüsusilə Qəzzaya humanitar yardımın çatdırılmasının əhəmiyyəti müzakirə edilib.
Maliki yunan həmkarına İsrailin Fələstin xalqına, xüsusilə də Qəzza zolağına qarşı hücumlar barədə məlumat verib.
İsrailin Qəzza zolağında uşaq, qadın və qocaları geniş miqyasda və sistemli şəkildə qətlə yetirdiyini vurğulayan Maliki, Qəzzanın hər tərəfini hədəf alan böyük dağıntı ilə Fələstin xalqının aclığa, məcburi köçə və soyqırıma məruz qaldığına diqqət çəkib.