Operativ Məlumat Mərkəzi

Çin və Yaponiya arasında 12 marşrut üzrə uçuşlar ləğv edildi

2 dəq
Paylaş:
Çin və Yaponiya arasında 12 marşrut üzrə uçuşlar ləğv edildi

Pekin və Tokio arasında siyasi gərginliyin artması fonunda bir sıra aviaşirkətlər və Yaponiyanı birləşdirən 12 üzrə sərnişin daşımalarını dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Pengpai DAST" səyahət xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, edilən istiqamətlər arasında Çindən Naqoya, Fukuoka, Sapporo və Osaka şəhərlərinə da var.

Bir çox marşrutlarda ləğvlərin miqyası daha da genişlənib. Məsələn, Tianjin–Osaka (Kansai) reysi üzrə nəzərdə tutulan uçuşların 65%-i, Nankinq–Kansai reysinin 59,4%-i, Quançjou–Kansai marşrutunun isə 31,3%-i ləğv olunub.

Gərginlik Yaponiyanın Sanae Takaiçinin parlamentdə Tayvan ətrafında mümkün böhranın Yaponiyanın "kollektiv özünümüdafiə hüququndan" istifadə etməsinə səbəb ola biləcək "mövcudluq təhlükəsi" yarada biləcəyini deməsindən sonra daha da dərinləşib.

Bu açıqlama Pekində sərt reaksiyaya səbəb olub. Çinin Osakadakı baş konsulu Xue Jian sosial şəbəkədə Yaponiyanın baş nazirini “başını kəsmək” kimi ifadə ilə hədələyib, lakin daha sonra paylaşımı silib. Ardınca Çin Xarici İşlər Nazirliyi vətəndaşlarını Yaponiyaya səyahət etməməyə çağırıb.

Uçuşların kütləvi şəkildə ləğvi iki ölkə arasındakı diplomatik gərginliyin hava nəqliyyatına da ciddi təsir göstərdiyini ortaya qoyur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax