Əsas məzmuna keç

Ceyhun Bayramov: Xəzər, Qara və Aralıq dənizini əhatə edən bölgənin çox böyük nəqliyyat daşıma potensialı müzakirə mövzusu olub

Ceyhun Bayramov: Xəzər, Qara və Aralıq dənizini əhatə edən bölgənin çox böyük nəqliyyat daşıma potensialı müzakirə mövzusu olub

bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Özbəkistan XİN başçıları ilə birlikdə Ankarada keçirilən mətbuat konfransda deyib. O qeyd...

, Türkiyə və Özbəkistanın strateji tərəfdaşlıq və müttəfiqliyindən irəli gələrək bu gün müxtəlif məsələlər müzakirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan naziri Türkiyə və Özbəkistan XİN başçıları ilə birlikdə Ankarada keçirilən mətbuat konfransda deyib.

O qeyd edib ki, hər üç ölkənin iştirakı ilə bir sıra yeni potensial layihələr müzakirə olundu:

"Bərpa olunan enerji sahəsində fikir mübadiləsi apardıq. Şərq-Qərb, Orta dəhliz məsələsi də diqqətdə saxlanıldı. Ümumilikdə Xəzər, Qara və Aralıq dənizini əhatə edən bölgənin çox böyük nəqliyyat daşıma potensialı müzakirə mövzusu olub. Regional məsələlər də bu gün müzakirə predmeti olub. Əfqanıstanda ictimaiyyətin razılığı ilə həyata keçirilən layihələrinə diqqət yetirilib. Trans-Əfqanıstan dəmiryolu layihəsinin önəmi vurğulanıb".

XİN başçısı COP29-da iştiraklarına görə hər iki ölkənin rəsmilərinə təşəkkürünü də çatdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…