Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov: Sülh müqaviləsi davamlı olmalıdır ki, gələcəkdə hansısa açıq suallar yaratmasın

2 dəq
Paylaş:
Ceyhun Bayramov: Sülh müqaviləsi davamlı olmalıdır ki, gələcəkdə hansısa açıq suallar yaratmasın

Rəsmi Bakının Ermənistandan gözləntiləri ondan ibarətdir ki, ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh müqaviləsinə sözdə deyil, real olaraq razılıq versin.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə naziri Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazir vurğulayıb ki, sülh müqaviləsi davamlı olmalıdır ki, gələcəkdə hansısa açıq suallar yaratmasın.

"2021-ci ilin yanvar ayından Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başladı. 2022-ci ildə Azərbaycan vacib əhəmiyyətə malik 5 baza prinsipini elan etdi. Həmin 5 baza prinsipi tərəfindən qəbul edilib. Eyni zamanda, ictimaiyyət tərəfindən müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanan və qarşı tərəfə təqdim olunan sənəd layihəsi də həmin o prinsiplər üzərində qurulub, beynəlxalq hüququn normalarına uyğun şəkildə formalaşır", - C.Bayramov deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax