Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Burkina Fasonun XİN başçısı ilə görüşüb

1 dəq
Paylaş:
Ceyhun Bayramov Burkina Fasonun XİN başçısı ilə görüşüb

Azərbaycanın naziri Türkiyənin Antalya şəhərində Burkina Fasonun Xarici İşlər və Regional naziri Jan Mari Traore Karamoko ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Hər iki nazir əməkdaşlığın daha da gücləndirilməsinə hazır olduqlarını bildiriblər.

təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq potensialını vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax