Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Britaniyanın dövlət naziri Stefan Dauti ilə görüşüb

1 dəq
Paylaş:
Ceyhun Bayramov Britaniyanın dövlət naziri Stefan Dauti ilə görüşüb

Avropada Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində Azərbaycanın naziri Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN sosial mediada paylaşım edib.

Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələri müzakirə olunub.

Tərəflər həmçinin, regional proseslər barədə fikir mübadiləsi aparıb və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının inkişafı üçün mövcud imkanları dəyərləndiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax