Operativ Məlumat Mərkəzi

Çexiyalı fermerlər mayın 22-də Praqada etiraz aksiyası keçirəcək

2 dəq
Paylaş:
Çexiyalı fermerlər mayın 22-də Praqada etiraz aksiyası keçirəcək

Çexiyalı fermerləri mayın 22-də Praqada hökumətin təsərrüfatı siyasətinə qarşı aksiyaları keçirməyi planlaşdırırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Aksiyanın təşkilatçıları Çexiya Palatasının rəhbərlik etdiyi fermer birlikləridir. Agentliyin məlumatına görə, aksiya kütləvi xarakter daşıyacaq.

“İndi bizim bu etirazlarla ictimaiyyətin diqqətini həqiqətən böyük problemlərimiz olduğuna yönəltməkdən başqa yoxdur. Bu problemləri həll etmək lazımdır”, - agentlik Aqrar Palatanın prezidenti Yan Dolejaldan sitat gətirib.

Xatırladaq ki, bu ilin fevral və mart aylarında Çexiyada fermerlərin böyük etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları Nazirlər Kabinetini kəndin ehtiyaclarına və ümumilikdə kənd təsərrüfatındakı problemlərə diqqəti xeyli artırmağa çağırırdı. O cümlədən, əkin sahələrinin mülkiyyətinə görə vergi dərəcəsinin 2023-cü il səviyyəsinə qaytarılması, kəndlərdə şəraitinin yaxşılaşdırılması, heyvandarlığa dövlət subsidiyalarının azaldılmasından imtina edilməsi və Aİ fondlarından dotasiyalar üzrə vergidən azadolunma tələb edilirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax