Əsas məzmuna keç

Cənubi Koreyanın keçmiş baş nazirinə qarşı ittiham irəli sürülüb

Cənubi Koreyanın keçmiş baş nazirinə qarşı ittiham irəli sürülüb

Cənubi Koreyada xüsusi prokuror keçmiş baş nazir Han Dok Sunu sabiq prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etmək cəhdinə təhrik etməkdə...

Cənubi Koreyada xüsusi keçmiş Han Dok Sunu sabiq Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etmək cəhdinə təhrik etməkdə günahlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.

"Xüsusi prokuror Ço İn Sokun komandası bildirib ki, Han barəsində fiziki həbs olmadan təhrik, yalan ifadəvermə, rəsmi sənədlərin saxtalaşdırılması və məhv edilməsi, eləcə də digər qanun pozuntuları üzrə ittiham irəli sürülüb", – məlumatda qeyd olunur.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmişdi. Bu qərar ölkə vətəndaşlarının narazılığına səbəb olmuş və parlament dərhal onun ləğvinə səs vermişdi. Nəticədə əmrin ləğvi ilə razılaşmışdı.

Bundan sonra parlamenti prezidentin impiçmenti üçün səs verib və o hazırda həbsdədir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…