“Növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq.
Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılıb”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, əvvəlki illərlə müqayisədə təhsil və elm xərcləri artırılıb:
“2030-cu il üçün müəyyən edilmiş milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur.
Ortamüddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artacaq”.
Bu şəxslər dövlət hesabına təhsil alacaq
2 dəq
Oxşar xəbərlər
Daxili Siyasət
Kamran Əliyevin rəhbərliyi ilə Bakıda geniş əməliyyat müşavirəsi keçirilib
Daxili Siyasət
Azərbaycan Prezidenti: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük
Daxili Siyasət
Prezident İlham Əliyev: Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur
Daxili Siyasət
Azərbaycan Prezidenti: Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur
Eyni mövzuda
Daxili Siyasət
Azərbaycanda əhali artımı, doğum və nikah göstəriciləri: rəsmi statistika açıqlandı
Daxili Siyasət
Azərbaycanla Türkiyə arasında elm sahəsində əməkaşlıq sazişinə əlavə protokol təsdiqlənib
Daxili Siyasət
Deputat: “Ağdaşda kənd məktəbləri birləşdirilməli və avtobus təminatı olmalıdır”
Daxili Siyasət