Operativ Məlumat Mərkəzi

235 nəfər cinayət məsuliyyətinə cəlb edildi

2 dəq
Paylaş:
235 nəfər cinayət məsuliyyətinə cəlb edildi

2025-ci ilin yanvar ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətinə 235 nəfər cəlb edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci ilin yanvar ayının yekununa dair məlumatında qeyd olunub.

Bildirilib ki, onlardan 18-25 14 nəfər, 26 - 29 yaşadək 31 nəfər, 30 yaş və ondan yuxarı isə 190 nəfər təşkil edir.

Həmin şəxslərdən 227-i kişi, 8-i qadın olub. Cinayət məsuliyyətinə cəlb şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 7 xarici ölkə vətəndaşından 3-ü İran İslam Respublikası, 2-si Rusiya, 1-i Gürcüstan, 1-i Ukrayna vətəndaşı olub.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 10 kq 009,195 qr müxtəlif növ maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 22 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 173 kq 322,226qr və 1475 həb metadon narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 194 kq 732,81 maddə müsadirə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax