Operativ Məlumat Mərkəzi

Bu ilin səkkiz ayında hərbidə baş verən cinayətlər azalıb

2 dəq
Paylaş:
Bu ilin səkkiz ayında hərbidə baş verən cinayətlər azalıb
bunu Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev "Respublika" qəzetində dərc olunmuş məqaləsində bildirib. O qeyd edib ki, öldürmə həddinə çatdırma...

Ötən ilin səkkiz ayı ilə müqayisədə bu il qeydə alınmış , ümumilikdə 24,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 faiz, qeyri-hərbi cinayətlər isə 23,4 faiz azalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev "Respublika" qəzetində dərc olunmuş məqaləsində bildirib.

O qeyd edib ki, öldürmə həddinə çatdırma cinayətləri 82,4 faiz, fərarilik cinayətləri 93,3 faiz, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1 faiz azalıb: “Həmçinin hərbi xidmətdən yayınma cinayətləri 34 faiz, maşınları idarəetmə və istismar qaydalarını cinayətləri 83,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8, silahla və üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, xuliqanlıq cinayətləri 75, alma (passiv ) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7 faiz azalıb.”

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax