Operativ Məlumat Mərkəzi

Bu il ümumi dəyəri 51 milyondan çox olan narkotik dövriyyədən çıxarılıb

1 dəq
Paylaş:
Bu il ümumi dəyəri 51 milyondan çox olan narkotik dövriyyədən çıxarılıb

2024-cü ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən 1 ton 787 kq 303,666 qr narkotik vasitələrin və maddələrin ümumilikdə dəyəri 51 milyon 36 qiymətləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının hesabatında öz əksini tapıb.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1615 nəfər məsuliyyətinə cəlb edilib, həmin şəxslərdən 1564-ü kişi, 51-i qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilən 22 xarici ölkə vətəndaşından 99 kq 487,934 qr müxtəlif növ və psixotrop maddə götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax