Əsas məzmuna keç

Bu il 44 milyon manat ƏDV qaytarılıb

Bu il 44 milyon manat ƏDV qaytarılıb

Bu ilin yanvar-mat aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı...

Bu ilin yanvar-mat aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçıların pərakəndə , iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara və göstərilən xidmətlərə görə ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 2,7 milyondan çox istifadəçi alınıb. Layihənin tətbiq edildiyi vaxtdan 2024-cü ilin 1 aprel tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,5 milyarddan çox kassa çeki üzrə 559,5 ƏDV məbləği geri qaytarılıb.

“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…