Operativ Məlumat Mərkəzi

Bu gün XTQ-nin yaradılmasından 26 il ötür

2 dəq
Paylaş:
Bu gün XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 26 il ötür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub.

Qüvvələrin formalaşmasında Birinci müharibəsi iştirakçısı zabit və gizirlər iştirak ediblər.

Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və texnikası məhv edilib.

XTQ dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

İkinci Qarabağ Müharibəsi zamanı da XTQ şəxsi heyəti xüsusi qəhrəmanlıq göstərib.

Onu da qeyd edək ki, bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 36 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.

8 noyabrda İlham Əliyev XTQ komandanı Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax