Operativ Məlumat Mərkəzi

Braziliya liderindən İsrailə reaksiya

2 dəq
Paylaş:
Braziliya liderindən İsrailə reaksiya

prezidenti Luiz İnasio Lula da Silva İsrailin Qəzzada həyata keçirdiyi hava hücumunda 10 uşağından 9-nu itirən fələstinli həkimin fotosunu hesabında paylaşaraq İsrailə reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paylaşımda deyilir:

"Bu, biabırçı və qorxaq bir hücumdur. İsrailin Qəzzaya endirdiyi hava hücumu nəticəsində həkim Alaa Əl-Nakkar uşaqlarından yalnız birini və yoldaşını sağ saxlaya bilib və onların vəziyyəti ağırdır. Bu hadisə silahlı bir dövlətin müdafiəsiz dinc əhaliyə qarşı apardığı müharibənin nə qədər qəddar və qeyri-insani olduğunu açıq şəkildə ortaya qoyur."

Qəzzada hər gün qadın və uşaqların həyatını itirdiyini bildirən Lula, İsrailin hərəkətlərinin indi " müdafiə" və ya "terrorla mübarizə" sərhədlərini aşdığını vurğulayıb:

"İndi təhlükə altında olan nə hüququ, nə terrorizmlə mübarizə, nə də HƏMAS-ın əlində olan girovları xilas etmək səyləri deyil. Bu gün Qəzzada şahidi olduğumuz şey qisas almaqdır. Bu soyqırımın indiki mərhələsində yeganə məqsədi Fələstin xalqını əsas həyat şərtlərindən məhrum etmək və onları qanuni torpaqlarından qovmaqdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax