Operativ Məlumat Mərkəzi

“Böyük Köç”də təhlükəsizlik məsələləri - ŞƏRH

2 dəq
Paylaş:
“Böyük Köç”də təhlükəsizlik məsələləri - ŞƏRH

məsələdir ki, “Böyük Köç”ün qarşısını alan ən ciddi amillərdən biri minalardan təmizlənmə məsələsidir. öz gücüylə minalardan təmizlənmə prosesini həyata keçirir. Bu gün də əsas məsələ böyük elektrik enerjisi keçən, eyni zamanda avtomobil yolları və digər kommunikasiyaların keçdiyi ərazilərin minalardan təmizlənməsi və ən mühüm məsələ də insanların köçdüyü yerlərdə həmin mənzillərin, ərazilərin minalardan təmizlənməsidir. Sonradan artıq əkin, biçin və digər sahələrin təmizlənməsi prosesi həyata keçiriləcəkdir.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində millət vəkili Arzu Nağıyev bildirib.

Təbii ki, bu hər dəfə mina təhlükəsizliyinin olması məsələsini qabardaraq bu haqda həm əhaliyə, həm orada işləyən vətəndaşlarımıza, xidmət keçən bütün öz peşəsini həyata keçirən şəxslərə izah olunur.

Ən ciddi məsələlərdən biri, əhaliyə olan təhdidi qarşısının alınmasıdır. Bu hər cürə terror, digər hadisələrin qarşısını almaq üçün orada hüquq mühafizə orqanlarının, eyni zamanda komanda tipli birləşmələrimizin işi ən yüksək səviyyədə qurulur.

Düşünürəm ki, “Böyük Köç” dövlət proqramına uyğun olaraq həyata keçiriləcəkdir. Əsas məqsədimiz suverenlik, bütövlüyümüz və hər bir Azərbaycan vətəndaşının rifahı ilə bağlı istiqamətdə də ciddi addımlar atılır.

Aminə Nəzərova

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax