“İraq-Azərbaycan arasında əlaqələr genişlənir”-ŞƏRH

“İraq-Azərbaycan arasında əlaqələr genişlənir”-ŞƏRH
23.11.2023 17:05
Aa
dəq

İraqla Azərbaycan arasında əməkdaşlıq demək olar ki, 30 ildə çox aşağı səviyyədə olub. Burada həm Azərbaycanın daxili məsələləri, həm də İraqda 2010-cu ildə baş verən müharibələr, dağıntılar buna səbəb olub. Bir məsələ də var ki, İraqın strukturu ilə Azərbaycanın strukturu eynidir. Hər iki ölkə dünya bazarlarına xammal formasında enerji daşıyıcıları satır. Ancaq burada əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Əməkdaşlığın birinci istiqaməti turizmi iki ölkə arasında genişləndirməkdir. Azərbaycandan İraqa dini turizmlərə görə ziyarətə gedənlər çoxluq təşkil edir. Eyni zamanda İraqda Azərbaycana gəlməsi üçün coğrafi, təbii turizm mövcuddur. İraq vətəndaşları Azərbaycanda istirahət etmək üçün də maraqlıdır. Bu baxımdan hər iki ölkə arasında turizm potensialını inkişaf etdirməlidir. 

Düşünürəm ki, elə turizmi iki ölkə arasında inkişaf etdirsək, çox böyük işlər görmüş ola bilərik. Bu hər iki ölkənin tanıtımına, eyni zamanda gəliş-gediş şərtlərinin asanlaşdırılmasından çox asılı olacaq.

Burada təbii ki, İraqla Azərbaycan arasında hava uçuşlarının birbaşa formalaşdırılması rol oynayacaq.

İkinci məsələ, İraqın müxtəlif enerji proyektlərində Azərbaycanın iştirakı ilə mümkündür. Burada SOCAR bilirik ki, beynəlxalq səviyyədə genişlənməyə maraqlıdır. Bu günlərdə biz mətbuatda eşitdik ki, SOCAR beynəlxalq konsorsiumun tərkibində Aralıq dənizində enerji resurslarının kəşfiyyat proyektinə cəlb olunub. 

Azərbaycan maraqlı ola bilər ki, beynəlxalq qarantiyalar olsa, müxtəlif beynəlxalq konsorsiumlarda İraqın enerji resurslarının istismarında pay alsın. Necə ki, xarici şirkətlər Azərbaycanda pay alıb, iştirak edirlər.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu