Operativ Məlumat Mərkəzi

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək

2 dəq
Paylaş:
Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bolqarıstanda parlament seçkiləri keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, ölkənin 49-cu Xalq Məclisinin yeni hökumət qurmaq üçün bütün imkanları tükənib. Prezidenti Rumen Radev “Belə xalq var” Partiyasının nümayəndələrinə yeni hökuməti formalaşdırmaq hüququ versə də, onlar üçüncü və sonuncu mandatı alaraq yerinə yetirmədən onu dərhal dövlət başçısına qaytarıblar.

Partiya nümayəndəsi İvaylo Valçev mandatı qaytararkən deyib ki, konstitusiyaya edilən lazımsız dəyişikliklərin Prezidenti də çətin vəziyyətə saldığını başa düşürlər.

Rumen Radev isə postuna potensial namizədlərlə görüşlərə başlayacağını bildirib. O, bu hadisələrlə əlaqədar görüşləri təxirə saldığını qeyd edib.

Məlumata görə, GERB-Demokratik Qüvvələr Birliyi Partiyası ilə Demokratik Bolqarıstan koalisiyası doqquz ay əvvəl yaradılıb. Martın 5-də Baş nazir Nikolay Denkov parlamentə istefa ərizəsini təqdim edib. Bundan sonra deputatlar istefa verməyə başlayıb. Razılaşmalara əsasən, yeni hökumətə baş nazirin müavini və naziri Mariya Qabriel rəhbərlik etməli idi. Ancaq aparıcı siyasi birliklər arasında gələcək hökumətlə bağlı danışıqlar nəticəsiz qaldığından bu layihə reallaşmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax