Operativ Məlumat Mərkəzi

Boliviyada güclü yağış daşqına səbəb olub

2 dəq
Paylaş:
Boliviyada güclü yağış daşqına səbəb olub

Boliviyada yağışların səbəb sel və torpaq sürüşmələri minlərlə insana mənfi təsir göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Milli Hidrologiya və Meteorologiya Xidmətinin (Senamhi) açıqlamada yağışların davam edəcəyi gözlənilən bəzi bölgələrdə "qırmızı həyəcan" elan edildiyi bildirilib.

La Paz başda olmaqla bir çox şəhərdə yağan leysan yağışları nəticəsində daşıb, onlarla evi su basıb.

Təsirə qalan ərazilərə mülki müdafiə qrupları ilə yanaşı, hərbi hissələr də göndərilib.

Yağışlar mövsümünün başladığı noyabrdan indiyədək 206 evə ziyan dəyib, 456 daşqın baş verib, 37 nəfər həyatını itirib.

Mülki müdafiənin məlumatına görə, 12 min 772 nəfər daşqın və sürüşmələrdən son dərəcə mənfi təsirə məruz qalıb.

Boliviya Prezidenti Luis Arce mətbuata verdiyi açıqlamada, daşqın bölgələrində zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr