Operativ Məlumat Mərkəzi

BOKT-nin pulunu mənimsəməkdə təqsirləndirilən sabiq vəzifəli şəxs və qızına hökm oxunub

2 dəq
Paylaş:
BOKT-nin pulunu mənimsəməkdə təqsirləndirilən sabiq vəzifəli şəxs və qızına hökm oxunub

Külli miqdarda mənimsəmədə Ceyhun Şirinov, Müslüm və onun qızı Tülpanə Müslümzadəyə hökm oxunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, M.Fəziyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd ki, T.Müslümzadə hazırda hamilədir. Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmünü çıxarıb. C.Şirinova isə şərti cəza verilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham edilib.

İttihama görə, onlar Bank Olmayan Təşkilatı (BOKT) "FinEx Kredit"in mənimsəyib.

Xatırladaq ki, M.Fəziyev daha əvvəl BOKT-un İdarə Heyətinin üzvü olub. O, 2021-ci ildə həmin vəzifədən azad edilib. Digər şəxslər də həmin təşkilatın əməkdaşları olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax