Operativ Məlumat Mərkəzi

BMT: Müharibə başlayandan bəri 79 əməkdaş ölüb, 48 obyekt zədələnib

2 dəq
Paylaş:
BMT: Müharibə başlayandan bəri 79 əməkdaş ölüb, 48 obyekt zədələnib

BMT-nin Qəzza zolağındakı 48 obyekti müharibə başlayandan müxtəlif növ zərərlərə məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə dünya təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi () bildirib.

Qeyd olunub ki, 1,5 milyon qəzzalı köçkünün yarısı agentliyin idarə etdiyi obyektlərdə yerləşdirilib.

“İsrail rəhbərliyi təxliyə əmrini verməzdən öncə, 12 oktyabr tarixindəki vəziyyətə görə, şimalda və Qəzza bölgəsində 57 məktəbdə təxminən 160 min insan olub. UNRWA müvəqqəti məcburi köçkünlərə yardım və ya müdafiə təmin etmək üçün bu sığınacaqlara daxil ola bilmir və buna görə də onların ehtiyacları və şərtləri barədə məlumatı yoxdur”, – diqqətə çatdırılıb.

Agentliyin məlumatına görə, son iki gündə UNRWA-nın beş əməkdaşı ölüb. Oktyabrın 7-dən bu yana ümumilikdə 79 həlak olub, ən azı 24 nəfər yaralanıb.

“Qəzzalıların əksəriyyəti kimi bizim əməkdaşlarımız da qohumlarını, dostlarını, qonşularını itirib, ailələri ilə birlikdə didərgin düşüblər. Bununla belə, onlar göstərmək üçün yorulmadan çalışmaqda davam edirlər”, – açıqlamada nəql edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr