Operativ Məlumat Mərkəzi

BMT jurnalistlərin öldürülməsini qınadı

1 dəq
Paylaş:
BMT jurnalistlərin öldürülməsini qınadı

BMT İnsan Haqları İsrailin “Al Jazeera”televiziya kanalının iki də daxil olmaqla fələstinli jurnalistləri öldürməsini qınayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, BMT İnsan Haqları Ofisi bu mövzu ilə bağlı platforması “X”də paylaşım edib.

“İsrail ordusunun humanitar hüququ ciddi şəkildə pozaraq jurnalistlərin çadırına hücum etməsi və nəticədə 6 fələstinli jurnalistin öldürülməsini qınayırıq. 7 oktyabr 2023-cü ildən bu yana Qəzzədə ən az 242 fələstinli jurnalist öldürülüb. Bütün jurnalistlər üçün Qəzzəyə dərhal, təhlükəsiz və maneəsiz girişin təmin olunmasını tələb edirik”,- paylaşımda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax