Operativ Məlumat Mərkəzi

Birinci sinfə şagird qəbuluna başlanılıb

2 dəq
Paylaş:
Birinci sinfə şagird qəbuluna başlanılıb

Bu gündən 2023-2024-cü ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Belə ki, bu gün saat 11:00-dan elektron portalda uşaqların qeydiyyatı, mayın 15-i saat 11:00-dan etibarən isə bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.

Mayın 15-i saat 11:00-dan mayın 31-də saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün aparılacaq.

Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan iyunun 27-si saat 18:00-a qədər həyata keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax