Əsas məzmuna keç

Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda yanvarın 7-si saat 9:00-a olan məlumata əsasən hava şəraiti arabir yağıntılı keçib, dağlıq ərazilərə qar yağıb. Bu barədə"Operativ Məlumat...

Azərbaycanda yanvarın 7-si saat 9:00-a olan məlumata əsasən arabir yağıntılı keçib, dağlıq ərazilərə qar yağıb.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Lənkəranda 6, Astarada 5, Oğuz, Qəbələdə 4, Balakən, Neftçalada 3, , Sabirabad, Zaqatala, Bakı və yarımadasında 2, Naxçıvan, Şərur, Ordubad, , Gədəbəy, Göygöl, Gəncə, Şəki, İsmayıllı, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Şəmkirdə 1 mm olub.

Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 6, Şahbuz, Qrızda (Quba) 5, Daşkəsən, Altıağac, Xaltan, Qobustanda 1 sm-dir.

Yanvarın 6-da sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Göyçay, Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta alınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…