Əsas məzmuna keç

Şahdağ və Kəlbəcərə qar yağıb - FAKTİKİ HAVA

Şahdağ və Kəlbəcərə qar yağıb - FAKTİKİ HAVA

Oktyabrın 22-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bəzi yerlərdə yağıntılar arabir leysan xarakterli olub, yüksək dağlıq ərazilərdə - Şahdağ və Kəlbəcərdə isə qar yağıb.

Lənkəranda 40, Astarada 34, Biləsuvarda 28, Lerikdə 23, Yardımlıda 20, Neftçalada 16, Zaqatalada 14, Sarıbaşda(Qax) 10, Gədəbəydə 8, Qəbələ və Sədərəkdə 6, , , Ordubad və Şahbuzda 5, Qubada 4, Naxçıvan, Naftalan, Oğuz, , Sabirabad, Şərur, Gəncə, Qusar, Şabran, Mingəçevir, Yevlax, İmişli, Şəki, Culfa, Xaçmaz, Tərtər, Bərdə, Xaltan, Şəmkir, Balakən, İsmayıllı, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Beyləqan, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Cəbrayılda 3, Bakıda və yarımadasında isə 1 mm-dək qeydə alınıb.

Balakən, Daşkəsən, Göygöl, Şəki, Oğuz, Şamaxı, Xızı, Qusar, Quba, Göyçay, Mingəçevir, Yevlaxda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Hava proqnozu

22° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Tutqun 26° 20°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…