Operativ Məlumat Mərkəzi

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb

1 dəq
Paylaş:
Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Asim Pəsi oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçiriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” nişanlı müxtəlif həcmli saxta spirtli aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax