Operativ Məlumat Mərkəzi

Beyləqanda kollektora düşmüş avtomobil sudan çıxarılıb, sürücü hələ tapılmayıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Beyləqanda kollektora düşmüş avtomobil sudan çıxarılıb, sürücü hələ tapılmayıb - YENİLƏNİB

Beyləqanda Baş Mil-Muğan kollektoruna tapılıb və sudan çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri minik avtomobilinin sürücüsünün axtarışlarını davam etdirir.

Sürücünün hərbçi bildirilir.

12:42***

Beyləqanda avtomobil Baş Mil-Muğan kollektoruna düşüb, bir nəfər batıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, nazirliyin "112" telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax