Operativ Məlumat Mərkəzi

Bəşər Əsədin hakimiyyəti devrildi

1 dəq
Paylaş:
Bəşər Əsədin hakimiyyəti devrildi

Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa Dəməşqi ələ keçiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM"”ə istinadən xəbər verir ki, Suriya ordusunun komandanlığı zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.

“Suriya ordusunun komandanlığı Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması barədə zabitlərə məlumat verib” - üsyançıların bəyanatında deyilir.

“Əl-Cəzirə”nin müxaliflərə istinadla verdiyi məlumata görə, Dəməşqdə ictimai radio və televiziya binasını ələ keçiriblər.

Məhəmməd Qazi əl-Cəlali isə xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, “Reuters” və CNN də prezident Əsədin Suriyanı tərk etməsindən yazır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax