Operativ Məlumat Mərkəzi

Bərpa olunan enerji mənbələrindən istifadəyə dair Komissiyanın iclası olub

2 dəq
Paylaş:
Bərpa olunan enerji mənbələrindən istifadəyə dair Komissiyanın iclası olub

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Komissiyanın sədri, naziri Pərviz Sərəncamın icrası ilə bağlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Komissiya qarşısında duran vəzifələri qeyd edib.

Gündəliyə müvafiq olaraq Komissiyanın son iclasından bu günədək işlərə dair Katibliyin hesabatı dinlənilib. Daha sonra bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsinə dair mövcud vəziyyət, yaşıl enerji layihələrinin şəbəkəyə inteqrasiyası ilə bağlı görülmüş işlər haqqında məlumatlar təqdim edilib, Elektromobillik üzrə milli Fəaliyyət Planının əsas müddəaları müzakirə edilib. Həmçinin bp şirkətinin həyata keçirdiyi “Şəfəq” GES layihəsi ilə bağlı görülən işlər və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasda Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bankı, Minatəmizləmə Agentliyi, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax