Əsas məzmuna keç

TDT ölkələri Bakıda "Yaşıl Enerji Dəhlizi"ni dəstəkləyiblər

TDT ölkələri Bakıda "Yaşıl Enerji Dəhlizi"ni dəstəkləyiblər

Bakıdakı iclasda Türk Dövlətləri Təşkilatı regional təhlükəsizlik və bərpa olunan resurslar üzrə bəyanat yaydı. Nüvə enerjisi və neft-qaz üçün mühüm qərarlar nələrdir?

en ru

Təşkilatı () ölkələri "yaşıl " layihələrinin inkişafında əldə edilmiş irəliləyişi alqışlayıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə TDT hökumət başçılarının bu gün Bakıda keçirilən ikinci iclasının yekunlarına dair birgə bəyanatda bildirilib.

Sənəddə regional enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyi qeyd olunub.

"Görüş iştirakçıları , qaz və digər karbohidrogenlərin nəqli üzrə mövcud infrastrukturun səmərəli istifadəsini və genişləndirilməsini dəstəkləyiblər. Bununla yanaşı, hökumət başçıları "yaşıl enerji" layihələrinin inkişafı və ötürülməsi sahəsində əldə edilmiş irəliləyişi alqışlayır və Yaşıl Enerji Dəhlizinin inkişafına qətiyyətli dəstəklərini ifadə edirlər", - bəyanatda diqqətə çatdırılıb.

Bəyanatda həmçinin kritik vacib faydalı qazıntıların iştirakçı ölkələrin enerji təhlükəsizliyi üçün əhəmiyyəti və bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb.

"Ölkələr enerji səmərəliliyinin artırılması və qabaqcıl təcrübə mübadiləsi üzrə tədbirlərin təşviqini, enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsini dəstəkləyirlər", - sənəddə qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…