Operativ Məlumat Mərkəzi

Bərdədə tullantıları yandıran market nümayəndələri cəzalandırılıb

1 dəq
Paylaş:
Bərdədə tullantıları yandıran market nümayəndələri cəzalandırılıb

Dövlət Xidmətinin əməkdaşları tərəfindən keçirilən tədbirləri zamanı rayonunun Dəymədağıldı və Uğurbəyli kəndlərinin ərazilərində fəaliyyət göstərən “OBA” və “Şuşa” marketlərin yaxınlığında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların sözügedən marketlərin əməkdaşları tərəfindən əraziyə atılaraq yandırıldığı məlum olub.

“Faktlarla bağlı marketlərin səlahiyyətli nümayəndələri İlqar İbişov və Hacı Hacızadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb. tullantılardan təmizlənib”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax