Operativ Məlumat Mərkəzi

Bellinqem Ronaldonun rekordunu qırdı

1 dəq
Paylaş:
Bellinqem Ronaldonun rekordunu qırdı

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem Ronaldonun rekordunu qırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İspaniya mətbuatına istinadən xəbər verir ki, o, La Liqanın 9-cu turunun "Osasuna"ya qarşı oyununda (4:0) dubla imza ataraq buna nail olub. Beləliklə, ingilis futbolçu klubunun heyətində keçirdiyi 10 start matçında 10 qol vurmağı bacarıb.

20 yaşlı oyunçu bu mövsüm "Real"ın heyətində bütün yarışlarda meydana 10 oyunda 10 qol vurub və 3 qolu ötürməsini verib. Bu, Kriştiano Ronaldonun "kral "nda ilk 10 oyununda əldə etdiyindən çoxdur - 10+1. Beləliklə, bu göstəricidə portuqaliyalı hücumçunu üstələyib.

Xatırladaq ki, Bellinqem bu yay Dortmund "Borussiya"sından "Real"a 103 milyon avroya keçib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax