Bellinqem Ronaldonun rekordunu qırdı

Bellinqem Ronaldonun rekordunu qırdı
08.10.2023 20:35
Aa
dəq

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem  Kriştiano Ronaldonun rekordunu qırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"  İspaniya mətbuatına istinadən xəbər verir ki, o, La Liqanın 9-cu turunun "Osasuna"ya qarşı oyununda (4:0) dubla imza ataraq buna nail olub. Beləliklə, ingilis futbolçu Madrid klubunun heyətində keçirdiyi 10 start matçında 10 qol vurmağı bacarıb.

20 yaşlı oyunçu bu mövsüm "Real"ın heyətində bütün yarışlarda meydana çıxdığı 10 oyunda 10 qol vurub və 3 qolu ötürməsini verib. Bu, Kriştiano Ronaldonun "kral klubu"nda ilk 10 oyununda əldə etdiyindən çoxdur - 10+1. Beləliklə, Bellinqem bu göstəricidə portuqaliyalı hücumçunu üstələyib.

Xatırladaq ki, Bellinqem bu yay Dortmund "Borussiya"sından "Real"a 103 milyon avroya keçib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir. 

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu