Operativ Məlumat Mərkəzi

Bayden Zelenski ilə görüşüb və Ukraynaya 200 milyon dollarlıq hərbi yardımı elan edib

1 dəq
Paylaş:
Bayden Zelenski ilə görüşüb və Ukraynaya 200 milyon dollarlıq hərbi yardımı elan edib

ABŞ Prezidenti Ukraynaya 200 milyon dollar məbləğində yardımın ayrılmasını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sky News”dakı yayıma istinadən xəbər verir ki, bu barədə Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.

“Rusiyanın hərbi müdaxilə ilə mübarizədə ümid itirməyinizi istəmirəm”, - Bayden Zelenskiyə deyib.

Bayden hesab edir ki, ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox təsdiq etməlidir. Amerikalı siyasətçinin fikrincə, əgər bu baş verməsə, bu, “Putin üçün Milad hədiyyəsi” olacaq”.

O, Zelenskini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

Bu arada, respublikaçıların Senatdakı lideri Mitç Makkonnell Miladdan əvvəl 60 milyard yardım paketinin təsdiqlənməsinin “faktiki olaraq mümkün olmadığını” söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax