Əsas məzmuna keç

Bayden respublikaçıların İsrailə yardımı nəzərdə tutan qanun layihəsini veto edəcək

Bayden respublikaçıların İsrailə yardımı nəzərdə tutan qanun layihəsini veto edəcək

Ağ Ev İsraillə yanaşı Ukraynaya da yardım edilməsində, həmçinin sərhəd təhlükəsizliyi üçün maliyyə ayrılmasında israr edir.  “Administrasiya Konqresin...

ABŞ Prezidenti Co Baydenin administrasiyası Konqresin nümayəndələr palatasının respublikaçı üzvlərinin hazırladığı və Ukraynadan yan keçərək yalnız İsrailə nəzərdə tutan qanun layihəsinin ediləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters“ə istinadən xəbər verir ki, Ağ Ev İsraillə yanaşı Ukraynaya da yardım edilməsində, həmçinin sərhəd təhlükəsizliyi üçün maliyyə ayrılmasında israr edir.

Konqresin hər iki palatasını bu siyasi hiylədən imtina etməyə və bunun əvəzinə ikipartiyalı Fövqəladə Milli Təhlükəsizliyə Əlavə Ayrılmalar Aktını tez bir zamanda Prezidentin masasına göndərməyə təşviq edir… Administrasiya sərhədi qorumaq üçün heç bir şey , xalqının Putinin təcavüzündən müdafiəsinə kömək etməyən, Amerika sinaqoqlarının, məscidlərinin və həssas ibadət yerlərinin təhlükəsizliyini dəstəkləməyən və əksəriyyəti qadın və uşaqlar olan fələstinli mülki şəxslərə humanitar yardımı rədd edən bu hiyləyə qəti şəkildə qarşı çıxır," - deyə Ağ Evin İdarəetmə və Büdcə idarəsinin bəyanatında qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…