Operativ Məlumat Mərkəzi

Baş prokuror Zaqatala rayonunda vətəndaşları qəbul edib

2 dəq
Paylaş:
Baş prokuror Zaqatala rayonunda vətəndaşları qəbul edib

Zaqatala rayonunda vətəndaşları qəbul edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 18-də Baş prokuror Əliyev Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Şəki, Qax, Balakən rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 57 nəfər vətəndaşın müraciətində işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax