Əsas məzmuna keç

Baş prokuror Xaçmazda vətəndaşları qəbul edəcək

Baş prokuror Xaçmazda vətəndaşları qəbul edəcək

bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili...

Kamran Əliyev avqustun 15-də, saat 10:00-da rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, , Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumat yayıb.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…